Rəsul Rzanın Ev Muzeyi

Azərbaycanın Xalq şairi, dramaturq, tərcüməçi və ictimai xadim Rəsul Rzanın Ev Muzeyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 23 iyun tarixli sərəncamı əsasında yaradılmışdır. Muzeyin ekspozisiyası 31 may 2025-ci il tarixində ziyarətçilərin ixtiyarına verilmişdir.

Qeyd edək ki, Rəsul Rzanın Göyçay şəhərindəki ev-muzeyi 2004-cü ildə yaradılıb.

Rəsul Rza Bakıdakı mənzildə 1938–1981-ci illərdə xanımı, Xalq şairi Nigar Rəfibəyli ilə birgə yaşamışdır. XIX əsrə aid tarixi binada yerləşən muzey dörd ekspozisiya zalından ibarətdir.
Muzeydə şairin şəxsi əşyaları, əlyazmaları, sənədləri, afişaları, fotoşəkilləri və onun həyat və yaradıcılığını əks etdirən digər qiymətli materiallar nümayiş etdirilir. Hal-hazırda muzeyin fondunda 5026 eksponat mühafizə olunur.
Muzeyin əsas vəzifəsi Rəsul Rzanın irsinə dair materialların toplanması, qorunması, tədqiqi və təbliğindən ibarətdir.

Ünvan: Rəsul Rza küç.,21/26
İş saatı: 1ci- 5ci gün : 10:00-17:00