Kamera Orkestrinin konserti baş tutub

27 iyun tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti baş tutub.

Öncəliklə Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann dinləyiciləri salamlayıb, Azərbaycan-Almaniya arasındakı mədəni əlaqələr haqqında məlumatlandırmışdır.

Dirijor Paul Johannes Rossmannın (Almaniya) rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri musiqisevərlər qarşısında çıxış edib. Proqramda Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib. Gecə böyük anşlaqla keçib və hamının zövgünə oxşayıb.