Bakıda "Pedro Paramo" Meksika filminin nümayişi keçirildi. Nümayiş Meksikanın Azərbaycandaki səfirliyin təşkilatçılığı ilə baş tutdu. "Pedro Paramo" filmi tanınmış Meksika yazıçısı Xuan Rulfonun eyni adlı romanın əsasında çəkilib. Kitab ilk dəfə 1955-ci ildə nəşr olunub və sehrli realizmin ilk nümayəndələrindən biri hesab olunur.
Romanın bir neçə film adaptasiyası var. Bəlkə də ən məşhuru 1967-ci ilə aiddir. Karlos Velonun filmi Kannda əsas müsabiqədə iştirak edirdi. Romanın yeni adaptasiyasını zəmanəmizin ən yaxşı kinematoqrafçılarından biri, Martin Skorseze, Anq Li və Alejandro Qonzales İnyarritu ilə əməkdaşlıq etmiş, dörd dəfə Oskar mükafatına namizəd olan Rodriqo Prieto lentə alıb. Pedro Paramo Prietonun rejissorluq debütü idi. Film ilk dəfə Toronto Film Festivalında nümayiş etdirilib.
Anasının ölümündən sonra Xuan Preciado (Tenoç Huerta) atası Pedro Paramonu (Manuel Rulfo) tapmaq üçün Komala şəhərinə gedir. Şəhər bərbad vəziyyətə düşüb və Xuan yol boyu yalnız kabuslarla qarşılaşır. Ruhlar Pedro Paramonun çoxdan öldüyünü deyirlər, lakin Xuanın atasını çox yaxşı xatırlayırlar. O, kəndliləri istismar edən, qadınları zorlayan, onlarla, hətta yüzlərlə kvadrat kilometr ərazini özünə tabe etdirən əclafdır. Onun çox qadınla əlaqəsi və saysız-hesabsız övladı var idi. Yalnız xoşbəxtlik yox idi, çünki sevimli uşaqlığ sevgisi Susana (İlsa Salas) dəli olmuşdu və Pedronun gözləri qarşısında yavaş-yavaş sönürdü.
Film azərbaycan tamaşaçıların rəğbətini qazandı və hamının zövgünə oxşadı.