Yuğ Dövlət teatrın səhnəsində "21.15 qatarı" tamaşası nümayiş olundu. “21:15 qatarı” tamaşası türk dramaturqu Toyğun Orbayın əsəri əsasında hazırlanmışdır. Səhnə əsəri ekzistensial oyun janrında nümayiş olunur. “21:15 qatarı” tamaşasının quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı isə Mustafa Mustafayevdir.
2002-ci ildə qələmə alınmış birpərdəli pyesin əsas qəhramanları - Birinci Kişi, Qadın və Vağzal Məmurudu. "YUĞ" Dövlət Teatrının baş rejissoru Mikayıl Mikayılovun ekzistensial oyun janrında qurduğu tamaşada kulli-ixtiyar aktyorlara verilib. Qadın obrazını canlandıran Zümrüd Qasımova, Birinci Kişi rolunda çıxış edən Elgün Həmidov , Vağzal Məmurunu oynayan #Vüqar Hacıyev özləri aktyor olduqlarını unutduqları üçün tamaşaçıya da bunu unutdura bilirlər.
Süjetin əsas epizodu olan 21:15 qatarının, başqa sözlə, ölümün perrona yaxınlaşması elə dəqiq, qədərində tükürpədici detal və effektlərlə çatdırılır ki, səhnə əsərinin adi bir otaqda oynanılması yaddan çıxır. Aktyorların səhnəyə neon məftilləri ilə işıqlandırılmış maskalarda çıxmaları tamaşaya xüsusi rəng qatır. Hər zaman 21:15 radəsini göstərən vağzal saatının altında bir-birini tapmış Kişi ilə Qadının həyatlarında böyük bir əsl sevgi boşluğu vardır. Baxmayaraq ki, hər ikisi sevilməyə layiq, sevməyi bacaran insan təəssüratı yaradırlar.
Tamaşanın sonunda 21:15 qatarı, və ya ölüm Birinci Kişini alıb apardı və Qadının üstünə qar dənələri yağmağa başladı. Bələ maraqlı sonluq bütün tamaşaçıları həyatın mənasından düşünməyə vadar etdi.