10 iyul Park Cinema kinoteatrlar şəbəkəsində "Supermen" filmin nümayişi başlayıb. "Supermen" - Ceyms Gann və Peter Safranın rəhbərliyi altında yenidən işə salınan DC Universe-də ilk tammetrajlı filmdi. Yeni Supermen orijinal komikslərdən Klark Kentin (Devid Korensvet) hekayəsinə əsaslanır.
Rejissor: Ceyms Gann
Baş rollarda : Devid Korensvet, Nikolas Hoult, Reyçel Brosnahan və s.
Klark (Supermen) Kripton planetində alim ailəsində anadan olub. Valideynləri dünyanın sonunun yaxınlaşmasından xəbər tutanda, oğulları üçün kosmik gəmi düzəldib onu təhlükəsiz planetə - Yerə göndərdilər. Kapsul Kanzas ştatının Smallville şəhərinə enib, burada uşağı fermerlər Marta və Conatan Kent aşkar ediblər. Cütlük körpəni övladlığa götürüb və adını Klark qoyublar. Vaxt keçdikcə oğlan super gücləri inkişaf etdirməyə başladı və onlardan yaxşılıq üçün istifadə etmək qərarına gəldi. Yetkin Klark Metropolis şəhərində ikiqat həyat sürür: o, Daily Planet-də jurnalist işləyir və Supermen kimi insanların həyatını xilas edir. Klark Kent, insan həyatı ilə Krypton irsinin yaratdığı Supermen olmağı - yaxşılığın və ədalətin təcəssümü olmağı arasında tarazlıq tapmağa çalışır.
Filmi Park Cinema kinoteatrlar şəbəkəsində rus, ingilis və türk dillərində, 2d və 3d formatında, həmçinin İmaxda izləyə bilərsiniz. Biletləri parkcinema.az saytından əldə etmək mümkündür.