"Fantastik Dördlük: İlk Addımlar" Park Cinemada

Bu yayın ən çox gözlənilən filmi "Fantastik Dördlük: İlk Addımlar" iyulun 24-dən Park Cinema şəbəkəsində nümayiş olunacaq. Filmin rejissoru - Mett Şakmandır. Film tamaşaçıları yenidən süjetlə tanış edir və kainatın xronologiyasını izləməyəm, komiks oxumayan və 2005 və 2006-cı illərdə Cessika Alba və Kris Evansla birlikdə Fantastik Dördlük haqqında filmlərə baxmayanlar üçün də başa düşülən olacaq.

Fantastik Dördlük Qisasçılardan əvvəl meydana çıxıb. Bu, sadəcə qəhrəmanlar komandası deyil, 1961-ci ildə əfsanəvi Sten Li və Cek Kirbi dueti tərəfindən yaradılmış ilk superqəhrəman ailəsidir. Marvel məşhur ailə haqqında maraqlı komiks filmi çəkməyi bacarıb. Tənqidçilər qüsursuz vizual üslubu, görkəmli aktyor heyətini qeyd edir və əvvəlki Marvel filmlərinə baxmağı tələb etməyən müstəqil süjeti ayrıca tərifləyirlər.

Süjet, bir ekspedisiyadan sonra fərqli super güclər əldə edən dörd astronavtdan bəhs edir. Riyad Riçards (Pedro Paskal) rezin kimi uzana bilər, arvadı Sü Storm (Vanessa Kirbi) görünməz ola bilər və güc sahələri yarada bilər, Sünun qardaşı Conni Storm (Cozef Kuinn) və ya İnsan məşəli alov ala bilir, uçur və alovları idarə edə bilir. Onlar Yeri acgöz kosmik tanrı Galaktusdan qorumağa çalışırlar.

Retrofuturizm üslubunda çəkilmiş film tamaşaçını 60-cı illərdə Nyu-Yorka aparır. Gümüş kostyumlar, uçan avtomobillər, xrom və şüşələr, təkərli robotlar - biz uşaqlıqda gələcəyi belə təsəvvür edirdik. Yeni film adaptasiyası super qəhrəmanlar arasında tamamilə fərqli dinamikanı göstərir - sanki tamaşaçı əsl ailənin içinə baxır. Maraqlı döyüşlər Oskar mükafatlı,  amerikalı bəstəkar Maykl Giakkinonun bəstələri ilə müşayiət olunur.

Filmə Park Cimema şəbəkəsinin bütün kinoteatrlarında rus, türk və ingilis dillərində, həmçinin Imax formatında baxmaq olar. Biletlər parkcinema.az saytında