Dream FEST- 2025 Beynəlxalq Musiqi Festivalı başa çatıb. Dörd gün ərzində “Sea Breeze” istirahət mərkəzi unudulmaz musiqi hadisələrinin mərkəzinə olub. Festival konsertlərin başlamazından əvvəl sənətçilər ənənəyə uyğun olaraq firuzəyi xalça üzərindən keçiblər. Konsertlərinin aparıcısı Azərbaycanın Xalq artisti Murad Dadaşov və televiziya aparıcısı Hüsniyyə Məhərrəmova olub.
24 - 25 iyul Sea Breeze Walk Frame- də In-Grid, "Haddway", Kosheen, və “Secret Service” və "Bad Boys Blue” ulduzları açılıb.
3cü festival günü italiyalı müğənni “In-Grid”in çıxışı ilə başlayıb. O, Azərbaycan xalq mahnısı “Sarı gəlin”i, azərbaycanlı müğənni Vaqif Nağıyev ilə duetdə isə “Ümid yağışı” mahnısını ifa edib. Gecədə Yuhan Benyaminov, Emin Ağalarov, Sandra Ann Lauer (Sandra), Haddway, “Kosheen”, “Ottawan”, “Bad Boys Blue”, “Secret Service”, " Aqua" öz unudulmaz hitlərini səsləndirib. Bu axşam 1980–1990-cı illərin disko musiqisinə həsr olunub və retro sevənlər üçün əsl hədiyyə olub. Festivalın sonuncu günü möhtəşəm konsert proqramı olub.
“Dream FEST” səhnəsində dünya şöhrətli ifaçılar Tyga, Jah Khalib, CEZA, Alizade, Eva Simons və Emin çıxış ediblər. Onların çıxışları tamaşaçılarda böyük coşqu yaradıb, izləyicilər hər bir mahnıya böyük həvəslə qoşulublar.
Festival çərçivəsində iştirakçılar 50-dən çox xarici ifaçının superhitlərindən və eyni zamanda məşhur azərbaycanlı musiqiçilərin çıxışlarından zövq alıblar. Qeyd edək ki, dörd gün davam edən bu möhtəşəm musiqi bayramı təkcə zəngin ifaçı heyəti və musiqi proqramı ilə deyil, Xəzər sahilindəki unikal atmosferi, həmçinin gecə səmasında baş tutmuş rəngarəng atəşfəşanlığı ilə də tamaşaçıların yaddaşında dərin iz buraxdı.