Avqustun 28-dən Park Cinema kinoteatrlar şəbəkəsində Amerika-Britaniya komediyası "Rouz Həyat yoldaşları" nümayiş etdiriləcək. Film Uorren Adlerin eyniadlı romanının adaptasiyasıdır. Filmdə Benedikt Kamberbetç, Oliviya Kolman, Ellison Conni, Endi Semberq, Keyt MakKinnon və başqaları çəkilib. Filmin rejissoru: Cey Rauch. Çəkilişlər İngiltərənin cənub-qərbində yerləşən Devonşirdə aparılıb.
Ayvi və Teonun nümunəvi evlilikləri və uğurlu karyerası yalnız zahiri görünüşdür. Teo işini itirəndə hər şey dağılmağa başlayır. Həyat yoldaşları arasında rəqabət başlayır, nəticədə isə hisslərə yer olmadığı əsl müharibəyə çevrilir.
Filmə bütün Park Cinema kinoteatrlarında rus və ingilis dillərində baxmaq olar. Biletlər: parkcinema.az.