Avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda açıq səma altında, şam işığında unudulmaz musiqili gecə baş tutdu.
Candlelight - milyonların sevdiyi klassik şam işığında konsertlər ənənəsi indi Azərbaycandada keçirilir. Layihə Baku Session adlı şirkətə məxsusdu. Təsisçi - Rəşad Nəzərlidi. Şirkətin bundan başqa Sound of Caucasus, Sofar Sounds Baku kimi layihələridə var.
Konsertin birinci hissəsində Simli Kvintet (skripka, viola, violonçel, kontrabas) Imagine Dragons, Arctic Monkeys, ABBA və Coldplay qrupların əsərlərini səsləndirdilər. Konsertin ikinci hissəsində isə elektrik gitara, bas gitara, klaviatura və zərb alətlərindən və vokalistlərdən ibarət rock qrupu çıxış etdi. Onlar dünyaca məşhur Imagine Dragons, Arctic Monkeys, ABBA və Coldplay qruplarının sevimli hitlərini ifa etdilər.
Konsert böyük anşlaqla keçdi və hamının zövgünü oxşadı.