11 sentyabrdan Park Cinema kinoteatrlar şəbəkəsində Lük Bessonun "Drakula" filmi nümayiş olunacaq. Baş rollarda Kaleb Lendri Cons, Zoi Blyu, Kristof Valts.
Şahzadə Vlad II, qraf Drakula, həyatını arvadı şahzadə Elizabetə olan sevgisi üçün yaşayır. Kilsə naminə apardığı qalibiyyətli müharibədən qayıtdıqda şahzadə Elizabetin ölüm xəbərini alır. Dərin kədərə qərq olan Vlad, ondan ən qiymətlisini alan Allaha qəzəblənir. Sevgilisinin yenidən doğula biləcəyini öyrəndikdə isə hər şeydən imtina edir və özünü ölümsüzlüyə məhkum edir. 400 illik gözləyişdən sonra Drakula öz sevgisini yenidən, gənc Mina surətində qarşısında görür.
Filmi rus dilində azərbaycan subtitrları ilə Park Cinemanın bütün kinoteatrlarlarında baxmaq olar.
Biletlər: parkcinema.az