Azərbaycan K-POP Festivalı 2025


Azərbaycan Respublikasında fəaliyyət göstərən Koreya Respublikasının Səfirliyinin təşkilatçılığı ilə “2025 Azərbaycan K-POP Festivalı” 12 sentyabr cümə günü Bakı Musiqi Akademiyasının Opera Zalında keçirilmişdir.

Festivalda 600-dən çox K-POP pərəstişkarı iştirak etmiş və tədbir böyük coşqu ilə baş tutmuşdur. Bu, Azərbaycanın gənclərinin K-POP-a və ümumilikdə Koreya mədəniyyətinə olan güclü maraq və sevgisini bir daha nümayiş etdirmişdir.

Bu il festival üçün ümumilikdə 24 komanda müraciət etmiş, onlardan yalnız seçmə turu uğurla keçən 6 komanda final səhnəsinə vəsiqə qazanmışdır. İştirakçılar səhnədə hazırladıqları K-POP rəqslərini böyük həvəslə təqdim etmiş, tamaşaçılar isə onları gurultulu alqış və səmimi dəstəklə qarşılamışdır. Nəticədə  yarışmanın qalibi Liga De Javu, ikinci yerin sahibi isə Grifon teens olmuşdur.

Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kanq Kımqu çıxışında festivalda iştirak edən bütün komandaları təbrik edərək, K-POP-un artıq sadəcə musiqi janrı olmaqdan çıxıb bütün dünyanın sevdiyi qlobal mədəniyyət hadisəsinə çevrildiyini vurğulamışdır. O, həmçinin qeyd etmişdir ki, Azərbaycanın gənc nəslinin ehtirası və yaradıcılığı Koreya ilə Azərbaycanı daha da yaxınlaşdırmış və iki ölkəni daha geniş dünyaya bağlayan bir körpü rolunu oynamışdır.