Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində keçirilən Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 23-də Beynəlxalq Muğam Mərkəzində Berlin Filarmoniyasının Karayan Akademiyasının triosu çıxış edib. Trio “Arzular” adlı ədəbi-musiqili gecə təqdim edib. Harry Frederick Keeler (violin), Beata Jemina Antikainen (violonçel) və Noora Tuulia Yulönen (royal) D. Şostokoviç, V. Silvestrov, V. Rihm, R.Şuman və Üzeyir Hacıbəylinin əsərlərini ifa ediblər. Klassik Azərbaycan şairlərinin qəzəllərini qiraətçilər Hüseynağa Aslanov və Xədicə Bayramova ifa edib.