“Payatsı” operası nümayiş olundu

1 oktyabr Opera Studiyanın səhnəsində məşhur italyan bəstəkar Rudjero Leonkovallonın “Payatsı” operası nümayiş olundu.

"Payatsı" Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 1999-cu ildə rejissor Cənnət Səlimova tərəfindən səhnəyə qoyulub. Bu günədəkbu opera teatrın repertuarında ən baxımlı tamaşalarından biridir.

Quruluşçu rejissor – Cənnət Səlimova,
Rejissor – Hafiz Quliyev, Quruluşçu rəssam – Tahir Tahirov,
Xormeyster – Sevil Hacıyeva.
Bu gece orkestrı məşhur dirijor, Xal artisti Cavanşir Cəfərov müşayiət etdi.

Solistlər:  Kanio – Adil Axundov, Nedda – Fatimə Cəfərzadə, Tonio – Anton Ferştandt,
Silvio – Rza Xosrovzadə,Beppo – Fəhmin Əhmədli, Kəndlilər – Tural Ağasiyev və Xalid Daşdəmir.

"Payatsı" operasının nümayişi böyük anşlaqla keçdi.