The Hologram Circus Show Bakıda

17 oktyabr Circus Sea Breeze səhnəsində Azərbaycanda ilk dəfə yeni The Hologram Circus Show təqdim olundu. Sirk proqramı noyabrın 30 kimi davam edəcək.

The Hologram Circus Show - sadəcə sirk deyil, incəsənət və texnologiyanın birləşdiyi unikal tamaşadır. İşıq, musiqi və qrafik effektlər səhnəni sehr dolu məkana çevirir. Proqramda tamaşaçıları gözləyir: zalı gülüşlə dolduran kloun,  peşəkar jonqlörlər, cəsarətli akrobatların pər və lent nömrələri, yüksək ustalıq tələb edən stul nömrəsi, güclü və sinxron dördlük akrobatlar, nəfəs kəsən rolik üzərində nömrə, sirli və möhtəşəm transformasiya, insan imkanlarının sərhədlərini göstərən ekvilibr nömrəsi.

Vokal, işıq effektləri və dinamik musiqi ilə müşayiət olunan tamaşa reallıqla illüziyanı birləşdirən unudulmaz ab-hava yaradır. Proqramın zirvəsi - The Hologram Circus Show. Bu, heyvanların və fantastik obrazların 7D qrafik formatında canlandığı müasir tamaşadır.

Şouya gəlmək indi daha rahatdır - Koroğlu metro stansiyasından “Circus Sea Breeze”-ə və geriyə dönüş üçün "Bilet + Nəqliyyat" bileti əldə edən tamaşaçılar üçün transfer xidməti nəzərdə tutulub. Standart biletlərə nəqliyyat daxil deyil. Biletləri şəhərin bütün kassalarından və İticket.az saytından əldə etmək mümkündür.