Opera və Balet Teatrının Simfonik orkestrinin konserti keçirilib

Noyabırın 30-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrın Simfonik orkestrinin konserti keçirilib.

Konsertdə baş dirijor, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi, teatrın Simfonik orkestrinin müşayiəti ilə Əməkdar artistlər Yuliya Motorina (violin), Elnur Əhmədov (kamança), solistlər Renata Abubəkirova, Nərgiz Hüseynova (violin), Mirxalid Məmmədzadə (fleyta), Elçin Həşimov (tar) çıxış edıblər.

Azərbaycan bəstəkarlarının əsərləri əsasında tərtib olunan konsert proqramı alqışlarla qarşılanıb.