"Sabahı görməyənlər" Gənc tamaşaçılar teatrının səhnəsində

20 dekabr Azərbaycan Dövlət Gənc tamaşaçılar teatrında “Sabahı görməyənlər” tamaşasının nümayişi keçirildi.

Quruluşçu rejissor: Müşfiq Elmanoğlu.

Baş rolların ifaçıları: Zülfiyyə Alhüseynova, Anar Seyfullayev, Anar Səfiyev, Araz Pirimov, İlhan Sadıqov, Mətləb Abuşov, Hüseyn Bayramov.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının “ArtStudiya” Teatr Studiyasında hazırlanmış çex dramaturqu Karel Çapekin “Sabahı görməyənlər” (“Ana”) tamaşasında  faşizmə qarşı mübarizə və müharibənin gətirdiyi mənəvi sarsıntılar, iztirablar təsvir olunur. Tamaşanın qəhrəmanları sabahı görmürlər, çünki müharibə hər bir canlı varlığı əjdaha kimi udur.

Tamaşa müharibənin Ana Doloresin ailəsini necə fəlakətə sürükləməsindən və bu ailənin timsalında bütün bəşəriyyətin faciəsindən bəhs edir. Əvvəlcə həyat yoldaşını, sonra bütün övladlarını itirən Ana  son ümid yeri olan sonbeşiyi Tonini də vətəni müdafiəyə göndərir. O, bununla demək istəyir ki, övladlar Şəhid olsalar da, təki Vətən sağ olsun, bundan sonra heç bir ana gözüyaşlı qalmasın.

Bu tamaşa müharibəyə “Yox!” deyir!
Tamaşanın ən böyük uğuru onun dramatizminin güclü və ideyasının bəşəri olmasındadır.