Dövlət Xor Kapellasının konserti

23 dekabr Azərbaycan Dövlət Xor Kapellasının Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş konserti baş tutdu. Azərbaycan Dövlət Xor Kapellası bədii rəhbəri və baş dirijoru, Azərbaycanın Xalq Artisti Gülbacı İmanovanın rəhbərliyi altında çıxış etdi.

Proqramın aparıcıları: Azərbaycanın Əməkdar Artistləri və xor solistləri - Tural Ağasiyev və Anton Ferştand. Konsert proqramın solistləri -  milli və beynəlxalq müsabiqələr laureatları: Nigar Əsgərova, Adil Baxışlı, Fərhad Ələkbərov, Ərəstun Quliyev, Emin Məmmədov, Sevda Hüseynova, İsmayıl Əsədli, Yekaterina İsayeva, Günel Əsədova, Nuray İsmayılova və Leyla İbrahimovadır.

Proqramda "Jingle Bells", "Happy New Year" və digər ənənəvi Milad mahnıları, eləcə də Azərbaycan bəstəkarlarının mahnıları ("Yuxular", "Qara gözlər", "Məhəbbət çırağı", "Ey vətən" və s.) səsləndirildi.

Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Canlı, unudulmaz bir axşam tamaşaçıları qışın nağıl ab-havasına və yaxınlaşan sehrli bayrama apardı.