
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında böyük alman bəstəkarı İohann Sebastyan Baxın yaradıcılığına həsr olunmuş konsert keçirildi. İohann Sebastyan Bax (Johann Sebastian Bach) – dahi alman bəstəkarı və orqan musiqiçisi, Barokko dövrünün ən görkəmli nümayəndəsi, bütün dövrlərin ən böyük bəstəkarlarından biridi.
Mindən artıq musiqi əsəri yaratmışdır. Yaradıcılığında opera istisna olmaqla o dövrün bütün məlum musiqi janrlarına müraciət etmiş, Barokko musiqisinin inkişafına əvəzsiz töhvələr vermişdir. Bax həmçinin çoxsəsli (polifonik) musiqinin “atası” sayılır. Dahi bəstəkarın ölümündən sonra qoyub getdiyi zəngin musiqi irsi bir müddət diqqətdən kənarda qalır. XIX əsrdə digər dahi alman bəstəkarı Mendelson Baxın musiqisini yenidən “kəşf edir”. Bax yaradıcılığı özündən sonra gələn bəstəkarların yaradıcılığına böyük təsir göstərmişdir.
İntellektual zənginliyi, texniki mükəmməlik və bədii gözəlliyi ilə seçilən Bax musiqisindən Brandenburq konsertləri, Goldberq variasiyaları, İngilis süitaları, Fransız süitaları, Klavira üçün partitalar, B minorda Mass, Müqəddəs Matfeyanın ehtirasları, Fuga sənəti, Skripkada solo konsert üçün sonata və partitalar, vialençeldə ifa üçün süitalar, 200-dən artıq kontata və eyni sayda orqan musiqi əsərlərini misal göstərmək olar.
Konsertə dirijor Əyyub Quliyevin rəhbərliyi altında Dövlət Kamera Orkestri çıxış etdi. Onlar Baxın ən tanınmış əsərlərini səsləndirdilər. Konsert bütün klassik musiqi həvəskarları üçün əsl ziyafət oldu və sübut etdi ki, böyük ustadın musiqisi əsrlər boyu belə əbədi və ilhamverici olaraq qalır. Hər not, hər akkord Baxın dahiliyini və dünya mədəniyyətinə inanılmaz təsirini xatırladırdı.







