Cəfər Cabbarlı adına Azərbaycanda teatr muzeyi

Azərbaycanda teatr muzeyinin — Azərbaycan Respublikasının zəngin və qabaqcıl mədəniyyət ocaqlarından biridi. 1934-cü ildə yaradılmış Teatr muzeyi 1935-ci ildən məşhur azərbaycan dramaturqu Cəfər Cabbarlının adını daşıyır.1991- ci ildən Muzey mərkəzinin 3- cü mərtəbəsində yerləşən muzeyin kolleksiyasında 140.000-dən artıq eksponat var. 

Cəfər Cabbarlı adına teatr muzeyində Azərbaycan teatrının tarixini əks etdirən zəngin ekspozisiya yaradıldı.

Mu­ze­yin fon­du da­im ye­ni ma­te­ri­al­lar­la zən­gin­lə­şir. Mu­zey 2004-cü il­də Azər­bay­can Te­atr Xa­dim­lə­ri İt­ti­fa­qı tə­rə­fin­dən "Azər­bay­can te­atr ta­ri­xi­nə da­ir ma­te­ri­al­la­rın top­la­nıl­ma­sı və qo­run­ma­sı­na gö­rə” "Qı­zıl Dər­viş" mü­ka­fa­tı­na la­yiq gö­rü­lüb. Mu­ze­yin 2 zal­dan iba­rət ekspo­zi­si­ya­sı te­atr mə­də­niy­yə­ti­mi­zi əks et­di­rən ta­ri­xi xro­no­lo­gi­ya üz­rə qu­ru­lub.

Burada Cəfər Cabbarlının şəxsi əşyaları, əlyazmaları, kitabları, tanınmış əsərlərinin teatral afişaları, müx­tə­lif ta­ma­şa­lar­dan lent par­ça­ları saxlanılır. İkinci zalda te­atr ko­ri­fey­lə­ri­mi­zin şəxsi əşyaları, səhnə giyimləri yer alır.

Mu­zey­də seyr­çi­lə­ri, xü­su­sən də tu­rist­lə­ri cəlb edən bir sı­ra özəl cə­hət­lər var ki, on­lar Azər­bay­can te­at­rı­nın tam mən­zə­rə­si ilə ta­nış ola bi­lir.