"Karmen. Xosenin hekayəsi" tamaşasının premyerası

23 - 24 yanvar Azərbaycan Dövlət Rus Dram teatrın səhnəsində "Karmen. Xosenin hekayəsi" tamaşasının premyerası keçirilib.

Səhnələşdirmə: İsmayıl İman,
Quruluşçu rejissor — Tural Mustafayev,
Quruluşçu rəssam — Mustafa Mustafayev,
Bəstəkar — Anar Yusifov, Xoreoqraf — Kamilla Əliyeva.

Tamaşada iştirak edirlər: Azərbaycanın Xalq artisti Fuad Osmanov, Azərbaycanın Əməkdar artistləri: Həccər Ağayeva, Murad Məmmədov, Teatrın aktyorları: Səidə Vəlibəyova, İlkin Mehdiyev, Fərid Hüseynov, Rəşad Əliyərov, Səma Vəliyeva, Gövhər Şahbənova, Dilarə Nazarova, Fidan Ağaverdiyeva, Sabina Asim.

«Karmen. Xosenin hekayəsi» — Prosper Merimenin povestinin səhnə interpretasiyasıdır. Bu əsərdə insan həyatını məhv edə bilən ehtiras və qısqanclığın faciəvi gücü açılır. Azad və itaətsiz Karmenə olan sevgisi sadə əsgər Xosenin taleyini bir sıra ölümcül qərarlara sürükləyir və bu hekayə daxili mübarizənin psixoloji xronikası kimi təqdim olunur.
Karmen azadlıq və cazibənin ram edilməyən, dəyişdirilməsi mümkün olmayan gücünü təcəssüm etdirir. Pyesdə insan ehtiraslarının dərinliyi, mənəvi seçimlər və nəzarətsiz hisslərin faciəyə aparan nəticələri açıq şəkildə göstərilir.

Premyera böyük anşlaqla keçib və hamının zövgünə oxşayıb