
“Neft bumu hamıya gülümsəyir” festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının Kamera səhnəsində “Püstə ağacı” mono-tamaşası nümayiş etdirildi. «Püstə ağacı» Azərbaycanın xalq yazıçısı Məqsud İbrahimbəyovun eyniadlı hekayəsi əsasında hazırlanan birhissəli monotamaşadır.
Quruluşçu rejissor — Azərbaycanın xalq artisti Vaqif Əsədov.
Baş rolda — Azərbaycanın xalq artisti Fuad Osmanov.
Tamaşa Məqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi tərəfindən hazırlanmışdır.
«Püstə ağacı» Məqsud İbrahimbəyovun ən parlaq antihərbi əsərlərindən biridir. Bu, müharibə illərinin uşaqlıq xatirələrinə həsr olunmuş, kamera üslubunda qurulmuş, son dərəcə şəxsi və səmimi bir hekayədir.
Püstə ağacı ətrafında qurulan hekayə çox təsiriredicidit. Monotamaşa ilham verir, gələcəyə ümid aşılayır və insanlara olan inamı gücləndirərək insanpərvərlik, mərhəmət və həmrəylik kimi dəyərlərin əhəmiyyətini ön plana çıxarır.



