"Küləklər Dağı" Park Cinemada!

12 fevraldan etibarən Park Cinema kinoteatrlar şəbəkəsində "Küləklər Dağı" filmin nümayişi başlayıb.

Ölkə: Amerika Birləşmiş Ştatları.
Rejissor: Emerald Fennell.

Baş rollarda: Jacob Elordi, Margo Robbi

Evə gedərkən “Küləklər Dağı” mülkünün sahibi cənab Ernşo (Martin Klunes) yolda tənha bir yetimi tapır. Beləcə Hitkliff (Jakob Elordi) bir evə, ailəyə və yaxın bir dostuna qovuşur — mülk sahibinin qızı Ketrinlə (Marqo Robbi) onlar ayrılmaz olurlar. Cənab Ernşonun ölümündən sonra evi Ketrinin qardaşı Hindliyə miras qalır. Bütün həyatı boyu Hitkliffə qarşı nifrət və qısqanclıq hiss edən Hindli onu mülkdə yalnız qulluqçu kimi saxlayır. Onun günlərini işıqlandıran yeganə şey Ketrinlə keçirdiyi vaxt olur.

Filmi Park Cinema kinoteatrlar şəbəkəsində rus və türk dilində baxmaq mümkündür.

Biletlər: parkcinema.az