
Azərbaycan Dövlət YUĞ Teatrında fevral ayının 22-si Şəbnəm Xeyrullanın eyniadlı pyesi əsasında “Arqon” tamaşasının nümayişi keçirilib. Psevdosuisidal hoqqa janrlı səhnə əsərində teatrın istedadlı aktyoru Oktay Mehdiyev iştirak edib.
Tamaşanın quruluşçu rejissoru Ruslan İsmayılov, quruluşçu rəssamı Əfşan Əsədova, musiqilərin müəllifi isə Aylin Nəcəflidir.
Qeyd edək ki, Şəbnəm Xeyrullanın “Arqon” pyesi 2024-cü ildə YUĞ Dövlət Teatrının tərəfdaşı olduğu CHARACTERS Müasir Dramaturgiya Festivalının qalibi olub.



