“Sən kralsan” Musiqili Teatrın səhnəsində

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında tanınmış rejissor Ələkbər Tağızadənin librettosu və quruluşunda hazırlanmış “Sən kralsan” tamaşasının nümayişi keçirilib.

Səhnə əsərinin musiqi rəhbəri və quruluşçu dirijoru Cavad Tağızadə, quruluşçu rəssamı Vüsal Rəhim, baletmeysteri Kamilə Əliyeva, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Prezident təqaüdçüsü Kamil Həsənov, işıq rəssamı Rafael Vaqifoğlu, rejissor assistentləri isə Tamilla Aslanova və Polina Fyodorovadır.

Tamaşada rolları tanınmış ıstedadlı  aktyorlar ifa edirlər:
Elvin – Əməkdar artist İlham Nəzərov, Roza – Prezident mükafatçısı Mehriban Zaliyeva, Elvis Presli – Rauf Babayev, Merlin – Aydan Həsənova, Mayor Braun – Leonid Klets, Elçin Əhədzadə, Stiv – Sübhan Rüstəmov.

Tamaşada orkestr heyəti, xor və balet artistləri iştirak edirlər. XX əsrin əfsanəvi müğənni və aktyoru – “rok-n-rollun kralı” Elvis Preslinin ölməz mahnıları əsasında səhnələşdirilən müzikl tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.