Xocalı Soyqırımına həsr olunmuş konsert keçirildi

Fevralın 26-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xocalı Soyqırımına həsr olunmuş konsert keçirildi.

Faciə qurbanlarının xatirəsinə bir dəqiqəlik sükut elan edildi.

Dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Yusif Mirişlinin "616" simfonik poemasını, Qara Qarayevin "Matəm Oda"sını və Asəf Zeynallının Violin və orkestr üçün"Muğamsayağı"əsərni (solist Zərifə Alxazova) ifa etdi. Konsert Azərbaycan Dövlət Xorunun ifasında Bramsın xor və Simfonik Orkestr üçün "Tale Nəğməsi" ilə başa çatdı.

Xocalının yarası o qədər dərindir ki, hətta illər belə onu sağalda bilməyib. Həmin axşam ifa olunan hər bir mahnı ağrı, əzab və ümidsizliklə yanaşı, Xocalıya dinc həyat qayıtdığı üçün daha parlaq gələcəyə ümidlə də dolu idi.