"Hamnet" Park Cinema kinoteatrlarında

5 mardan Park Cinema kinoteatrlar şəbəkəsində "Hamnet" tarixi dramın nümayişi başladı. Rejissor- Xloya Cao. Film Şimali İrlandiyalı yazıçı Meqqi O'Farrellin (ssenarinin həmmüəllifidir) 2020-ci ildə yazdığı eyniadlı romanı əsasında çəkilib.

Film, dəri əlcək istehsalçısı olan atasının borclarını ödəməyə çalışan gənc Latın dili müəllimi ilə yerli şayiələrin mövzusu olan azad düşüncəli "meşə qızı" arasındakı münasibətin başlanğıcının təsirli bir hekayəsi ilə başlayır. Gənc oğlanın valideynlərinin münasibətləri dəstəkləmədiyindən şübhələnən cütlüyün yeganə seçimi uşaq sahibi olmaqdır. Nəticədə, Şekspirin atası Aqnesin ailəsinin rüsvayçılıq təhdidlərindən sonra evliliyə razılıq verir. Toylarından altı ay sonra cütlük ilk övladları Susanna və iki il sonra əkizləri Hamnet və Cudit dünyaya gəlir. Uilyamın Londona köçür, amma ailəsi kiçik şəhərdə qalır. Aqnes xəstə qızları Cuditinin "çirklənmiş böyük şəhərdə" yaşaya bilməyəcəyinə əmin olaraq köçməyi daim təxirə salırdı. 11 yaşlı Hamnetin bubonik vəbadan gözlənilməz ölümü Şekspirin ailəsini darmadağın edir. Aqnes zamanında qızını həddindən artıq qoruduğuna və oğlunun xəstəliyini görmədiyinə görə özünü qınamağa başladı və yoldaşını onların yanında olmadığına görə günahlandırdı. Bu faciə Şekspir üçün əfsanəvi Hamletinin yaranmasına səbəb oldu.

30 yaşlı irlandiyalı aktyor Pol Meskal filmdə Şekspiri parlaq şəkildə canlandırdı. Filmdə həmçinin Cesi Bakli, Co Alvin, Emili Uotson və başqaları rol alıb. Filmi bütün Park Cinema kinoteatrlar şəbəkəsində izləmək mümkündür. Biletlər: parkcinema.az