“Aida" operasının nümayişi keçirildi

12 mart Heydər Əliyev Sarayında Cüzeppe Verdinin "Aida" operasının nümayişi keçirildi. Radames rolunu Azərbaycanın Xalq Artisti Yusif Eyvazov, Aida rolunu isə Azərbaycanın Əməkdar Artisti Afaq Abbasova ifa etdi. Tamaşada tanınmış Azərbaycan opera müğənniləri iştirak etdi: Xalq Artistləri Əvəz Abdulla (Amonasro), Fidan Hacıyeva (Amneris), Əkrəm Poladov və Gülnaz İsmayılova, solistlər isə İqor Yadrov və Fəhmin Əhmədli. Musiqi rəhbəri və quruluşçu rəssamı - Əməkdar Artist Əli Usubov, rejissoru - Əməkdar Artist Hafiz Quliyev, xoreoqrafı SSRİ Xalq Artisti Oyuner Almaszadə, xormeysteri isə Əməkdar Artist Sevil Hacıyeva idi. Dirijor - Azərbaycanın Əməkdar Artisti Əyyub Quliyev.
Operanın süjeti fransız misirşünası Ogüst Mariettin ssenarisi əsasında qurulub. Personajların, geyimlərin və döyüşlərin tarixi dəqiqliyinə baxmayaraq, əsas mövzu əbədi bir sevgi hekayəsidir. General Radames Memfisin əsir şahzadəsi Aidaya aşiq olur və fironun qızı Amnerisə rədd cavabı verir. Aida və Radamesin sevgisi onları faciəli sonluğa gətirir. Lakin qəhrəmanlar həyatlarının bu son anlarında nəhayət bir araya gəlirlər, həqiqətən azad və xoşbəxt olurlar.

"Aida" operası tanış musiqi materialı ilə valeh edir: hər nömrə klassik opera hitidir. Opera tamaşaçılar arasında böyük maraq oyatdı. Sehrli musiqi, qızılı səslər və monumental səhnələr heç kəsi laqeyd qoymadı.

Foto: Rüstəm Fərman