“Killerdən teleqram” Musiqili Teatrın kiçik səhnəsində nümayiş olundu

Akademik Musiqili Teatrın kiçik səhnəsində “Killerdən teleqram” monotamaşası nümayiş olunub.Tamaşa yazıçı-dramaturq Pərviz Seyidlinin “Killer” pyesi əsasında hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru gənc rejissor Zaur Əliyevdir. Killer -Cəlil obrazını Əməkdar artist Şövqi Hüseynov ifa edir. Monotamaşanın quruluşçu rəssamı Afaq Bayramova, musiqi tərtibatçısı Məhəmməd Məmmədovdur.

“Killerdən teleqram” uşaqlıq illəri çox acınacaqlı keçən, gənclik dövründə də bir çox mənəvi-psixoloji zərbələr alan insanın həyat hekayəsindən bəhs olunur. Əsərin yeganə qəhrəmanı qısa ömür yolunda həm özü, həm də cəmiyyətin yazılmamış qanunları ilə mübarizə aparsa da, onu qarabaqara izləyən ləkəli keçmişindən yaxa qurtara bilmir.

Monotamaşanın nümayişi böyük uğurla keçib. Əməkdar artist Şövqi Hüseynovdur Killer-Cəlil obrazını möhtəşəm canlandırıb.