Rauf Məmmədzadənin Müslüm Maqomayevin xatirəsinə həsr olunan konserti keçırılib

3 aprel Beynəlxalq Muğam Mərkəzində istedadlı vokal ifaçısı Rauf Məmmədzadənin ilk solo konserti baş tutdu. Konsert Azərbaycan vokal sənətinin dahi nümayəndəsi Müslüm Maqomayevin əziz xatirəsinə həsr olundu. Beynəlxalq və Respublika müsabiqələrinin laureatı olan ifaçı bu gecədə Müslüm Maqomayevin repertuarında yer alan seçilmiş klassik və unudulmaz əsərləri tamaşaçılara təqdim etdi. "Mavi əbədiyyət” və "Azərbaycan" mahnısını Rauf öz sevimli müəllimi Fidan Hacıyeva ilə ifa etdi.

Konsert proqramı fortepiano və Sima Band müşayiəti ilə səslənən yüksək peşəkarlıq, dərin emosional ifadə və klassik musiqi ənənələrinə sədaqət ruhunda qurulmuşdu. Bu musiqi axşamı klassik sənətin əsl dəyərini hiss edən dinləyicilər üçün unudulmaz bir görüş oldu.