
16 apreldən etibarən Park Cinema kinoteatrlar şəbəkəsində "Li Kroninin Mumiyası" xorror filmi nümayiş olunacaq. Rejissor və ssenarist Li Kronin. "Li Kroninin Mumiyası" 1932-ci ildə çəkilmiş klassik "Mumiya" filminin yeni təfsiridir. Baş rolu Cek Reynor canlandırır. Filmdə həmçinin Laia Kosta, Mey Kalamaui və Veronika Falkon da rol alır.
Filmin şüarı: "Bəzi şeylər var ki, onları narahat etməmək daha yaxşıdır". Jurnalistin kiçik qızı səhrada izsiz yoxa çıxır. Səkkiz il sonra sarsılmış ailə onun geri qayıtması ilə şoka düşür, lakin bu görüşün sevinci əsl kabusa çevrilir.
Film Park Cinema kinoteatrlar şəbəkəsində rus və türk dillərində, eləcə də IMAX formatında nümayiş olunur. Biletlər: parkcinema.az




