15 və 16 aprel ƏSA Teatrı yeni "Paris Notr-Dam” tamaşasını təqdim etdi. Heydər Əliyev Sarayında təqdim edilən bu möhtəşəm səhnə əsəri — sevgi, azadlıq və insan ruhunun sarsılmaz gücü haqqında musiqili tamaşadır.
Səhnə əsərinin süjet xəttinin mərkəzində Fransız ədəbiyyatında tarixi roman janrının zirvəsi hesab olunan Viktor Hüqonun 1831-ci ildə qələmə aldığı “Paris Notr-Dam kilsəsi” romanının ölməz qəhrəmanları dayanır. Layihə rəhbəri və quruluşçu rejissoru Nihad Qulamzadə. Prodüserlər: Nicat Qulam, Emin Əliyev. Xoreoqraf Məlik Həsənov. Ekran vizuallarının rejissoru və işıq rəssamı Binyamin Sailov, səhnə tərtibatçısı - Tamerlan Abdullayev, vokal üzrə rejissor - Vüqar Hacıyev, Səs rejissoru - Zaur Akimov, Librettonun adaptasiya müəllifi - Həmid Piriyev, Qrim rəssamı - Firəngiz Həsənli, Geyim rəssamı - Günay Ömər.
Əsas rollarda: Elsevər Rəhimov (Kvazimodo), Lalə Süleymanova ( Esmeralda), Elşən Əskərov (Frollo), Səmayə Qulamzadə (Flör-de-Lis), Əbülfəz İskəngərli (Klopin), Elçin Nurəliyev (Feb), Şirqasım Canməmmədov (Qrenquar). Tamaşada Murad Nazim, Məhəmməd Gülmalıyev, Elvin Mirzəyev, Tamilla Həsənova, Çingiz Mirzəbəyov, Leyla Musayeva, Oksana Yüzbaşıyeva, Hidayət Kərimli, Ziya Sadiq, Gülnar Rəhimova, Nigar Mahmudova, Ellada Xaliqova, Əhməd Məcidov, Rüfət Əhmədov, Sərxan Nəciyev, Əli Zeynallı, İlahə Şahverənli, Xədicə Bayramova, Gülnar Əlfidatlı, Fidan Usubova, Xoşgül Tarverdiyeva, Arzu Həsənva, Orxan Əliyev,Bəhram Rəhimli və Fərid Əliyev iştirak edir.
"Paris Notr-Dam” tamaşası böyük uğur və anşlaqla keçib. Rejissor Nihad Qulamzadənin özünəməxsus quruluşu hamının zövgünə oxşayıb. Fransız musiqilərinin sehrli ahəngi, peşəkar aktyorların canlı ifaları, 40-dan çox aktyor heyəti, unikal səhnə tərtibatı tamaşaçılara unudulmaz bir teatr gecəsi yaşadıb. Möhtəşəm səhnə əsəri teatrsevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb, onlara gözəl və yaddaqalan anlar bəxş edib. Tamaşaçılar sürəkli alqış sədaları altında sevimli aktyorlara gül-çiçək dəstələri hədiyyə ediblər.
Tamaşanın növbəti nümayişi 26 iyun 20:00-da Heydər Əliyev Sarayında baş tutacaq.