“Bernarda Albanın evi” tamaşasının premyerası keçirilib

25 və 26 aprel Azərbaycan Dövlət Akademik Rus Dram Teatrın səhnəsində “Bernarda Albanın evi” tamaşanın premyerası keçirilib. Quruluşçu rejissor: Aleksandr Şarovski; Səhnə tərtibatı üzrə rəssam: Aleksandr Fyodorov; Kostyum üzrə rəssam: Olqa Abbasova; Musiqi tərtibatı: Vladimir Neverov; Xoreoqraf: Anar Mikayılov.

Federico García Lorka “Bernarda Albanın evi”ni 1936ci ildə qələmə alıb. Gülmək qadağan olan bir ev. Sevmək qadağan olan bir ev. Səkkiz illik matəmin təkcə keçmişi deyil, gələcəyi də basdırmalı olduğu bir ev. Ərinin ölümündən sonra hökmran və sərt xarakterli Bernarda Alba beş qızını evə qapadır və ciddi matəm elan edir. Hündür divarların arxasında — isti ispan yayı, həyat və azadlıq var. İçəridə isə — sükut, qadağalar və “insanlar nə deyər?” qorxusu hökm sürür. Amma gənclik susmağı bacarmır. İstəyə əmr etmək olmaz. Və bir gün bu evdə qarşısıalınmaz bir alov baş qaldıracaq...

Baş rollarda: Bernarda Alba – Natalya Şarovskaya; Mariya Xosefa (Bernardanın anası) – Marina Litvinenko; Anqustias (böyük qız) – Olqa Arsentyeva; Maqdalena – Dilyara Nazarova; Ameliya – Sabina Məmmədova; Martirio – Syama Vəliyeva; Adela (ən kiçik qız) – Tamilla Abutalıbova; La Poncia (xidmətçi) – Mələk Abbaszadə; Pepe El Romano (Anqustiasın nişanlısı və Adelanın məşuqəsi) – Anar Mikayılov.

Premyera böyük uğurla keçib. Tamaşaçılar aktyorları və rejissoru gurultulu alqışlarla qarşılayıb.