
29 apreldə Xalq Artisti Mübariz Tağıyev Heydər Əliyev Sarayında böyük bir konsert proqramı ilə çıxış etdi. Mübariz Tağıyev 31 yanvar 1948-ci ildə İrəvan şəhərində anadan olub. Ermənistan Dövlət Orkestrində solist kimi fəaliyyət göstərib. Sonralar Bakıda Rəşid Behbudovun rəhbərliyi ilə Mahnı Teatrında solist kimi çalışıb. 1985-ci ildən Azərbaycan Dövlət Teleradio Komitəsində Rafiq Babayevin rəhbərliyi ilə Estrada-simfonik orkestrinin solisti vəzifəsində işləyib. 2000-ci ildə Mübariz Tağıyev Azərbaycanın Əməkdar Artisti, 2006-cı ildə isə Azərbaycanın Xalq Artisti fəxri adını alıb.
Mübariz Tağıyev сaz, rok və pop janrlarında sevilən hitlərini tamaşaçılara təqdim edib. Konsertə xalq artistini dəstəkləmək üçün dostları və tələbələri təşrif buyurdular. Eyyub Yaqubov, Sərxan Sərxan, İlqar Muradov, Samirə Əfəndi, Mərdan Kazımov, Orxan Zeynallı, Şolya Səfərəliyeva, Samir Cəfərov, Teymur Əmrah, Azad Şabanov, Nigar Cəfərova, İsmayıl Zeynalov, Eldar Qasımov, Emiliya Yaqubova və "Dərviş" qrupu, Emil Əfrasiyab tamaşaçılara Mübariz Tağıyevin hitləri ilə yanaşı, öz məşhur əsərlərini də təqdim etdilər.
Mübariz Tağıyevin üç saat davam edən konserti böyük anşlaqla keçdi. Tamaşaçılar sevimli sənətçini ayaq üstə alqışladı.





