Bakıda Beynəlxalq Caz Gününə həsr olunmuş konsert

Beynəlxalq Caz Günü hər il 30 apreldə qeyd olunur. Bayram 2012-ci ilin noyabr ayında UNESCO-nun Baş Konfransında elan edilib. 2012-ci ildən bəri Caz ​​Günü hər il dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda qeyd olunur.

Dünyada Azərbaycan cazının özünəməxsus yeri var. Bunu ölkəmizdə keçirilən beynəlxalq caz festivallarına olan maraq bir daha sübut edir. Amerika cazı və muğam musiqisi üzərində qurulan Azərbaycan cazının bünövrəsi 30-cu illərin sonunda Niyazi və Tofiq Quliyevin yaratdığı “Dövlət Cazı” adı ilə tanınan Dövlət Estrada Orkestri tərəfindən qoyulub.Azərbaycanda estrada və caz musiqisinin ikinci həyatı Rafiq Babayevin yaratdığı “Qaya” ansamblı ilə başlayıb. Bu ansambl keçmiş SSRİ-də böyük şöhrət qazanmışdı. Vaqif Mustafazadə dövrü isə Azərbaycanda cazın intibah dövrü hesab edilə bilər. Virtuoz musiqiçi muğamla cazın sintezini yaradıb. Özündən sonra onun yolunu qızı Əzizə Mustafazadə davam etdirir və yeni nailiyyətlərə imza atır.

Bu il Bakıda keçirilən əsas tədbir Heydər Əliyev Sarayında Caz Gününə həsr olunmuş və Azərbaycan cazının bütün ulduzlarının, eləcə də beynəlxalq qonaqların iştirakı ilə keçirilən konsert oldu. Konsertin təşkilatçıları- 33 Event и Showtime booking agency. Konsertdə tanınmış caz ulduzları iştirak etdi: amerikalı cazmen Ronald Beyker, Sevda Ələkbərzadə, Salman Qəmbərov, Emil Əfrasiyab, Rast Qrupu, Riyad Məmmədov, Elvin Bəşirov, Ruslan Hüseynov, İsa Bağırov, gənc istedadlar- Ramiz-Xan Hacıyev və Mədinə Paşayeva. Konsertin əsas qonağı dünyaca şöhrətli cazz ulduzu, dahi Vaqif Mustafayevin qızı Əzizə Mustafazadə oldu. Konsertdə dünyaca məşhur caz kompozisiyaları, muğam-caz nümunələri, möhtəşəm caz improvizasiyaları təqdim olundu.

Üç saata yaxın davam edən konsert böyük uğurla keçdi və tamaşaçıların zövgünə oxşadı.