"Mandalorian və Qroqu" Park Cinemada!

22 may tarixindən Park Cinema kinoteatrlar şəbəkəsi "Mandalorian və Qroqu" fantastika filmin nümayişinə başlayıb.

Ölkə: Amerika Birləşmiş Ştatları.

Rejissor: Con Favro. Aktyorlar: Pedro Paskal, Ceremi Allen Uayt, Stiven Blum, Xemki Madera və başqaları.

İmperiya süqut edib, lakin onun sərkərdələri hələ də qalaktikanın bəzi hissələrinə nəzarət edirlər. Yeni formalaşan Yeni Respublika üsyançıların uğrunda döyüşdüyü idealları qorumağa çalışır və tapşırıq üçün məşhur mükafat ovçusu olan mandalorian Din Carini və onun gənc şagirdi Qroqunu işə cəlb edir.

Film 3 dildə, 3D formatda nümayiş olunur. Biletlər: parkcinema.az