
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı öz tarixində ilk dəfə imersiv tamaşa “Neft, xəsislik və milyonlar krallığında” («В царстве нефти, алчности и миллионов») təqdim etdi.Bakı, 1916-cı il. Neft qaydaları diktə edir. Pul mazut və şampan qoxuyur. Teatr və kinematoqraf insan ruhu uğrunda mübahisə aparır. Və böyük aktyor Hüseyn Ərəblinski çəkilişlərin başlamasına 4 gün qalmış yoxa çıxır.
Tamaşanın hadisələri teatrın müxtəlif guşələrində cərəyan edir: quruluşçu rejissor Konstantin Soldatov və aktyorlar Murad Məmmədov ilə Teymur Rəhimov tamaşaçıları Rus Dram Teatrının adətən tamaşaçılara açıq olmayan məkanları ilə tanış edir.
Tamaşaçılar hadisələri sadəcə kənardan izləmir, onlar tamaşanın bir hissəsinə çevrilir.



