Şahlar Quliyev və Mürsəl Bədirovun xatirəsinə həsr olunmuş konsert

Müslüm Maqomayev adına Filarmoniyada “Teatrın tarixi simaları” adlı tədbir çərçivəsində Şahlar Quliyev və Mürsəl Bədirovun xatirəsinə həsr olunmuş konsert keçirildi. Konsert öncəsi Əməkdar artist Ramil Qasımov qonaqları salamladı: "Sizi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının "Teatrın tarixi simaları" layihəsi çərçivəsində keçirilən "Ustad səslərə ithaf" adlı konsertində salamlayırıq.

Azərbaycan Dövlet Akademik Opera va Balet Teatrı hər zaman milli opera sənətimizin inkişafında mühüm xidmətləri olmuş sənətkarların xatirəsini bövük ehtiramla yad edir, onların zəngin yaradıcılıq irsinin yaşadılmasına xüsusi önəm verir. Bu gün keçirilən konsert proqramı "Opera günlari" layihesi çərçivəsinde teatrımızın tarixi simalarından olan görkamli opera müğenniləri Mürsal Badirovun 95 illik, Şahlar Quliyevin 80 illik yubileylərina həsr olunub".

Konserin konsertmeysterləri: Daniil Kirillov və Tofiq Şıxıyev.

Gecədə teatrın istedadlı solistləri Anton Ferştandt, Mahir Tağızadə, İqor Yadrov,Taleh Yəhyayev,Orxan Cəlilov çıxış etdi. Onlar görkəmli mərhum sənətkarların ifa etdiyi tanınmış əsərlərini səsləndirdi. Onların arasında: P. Çaykovski — "Qaratoxmaq qadın" operasından Tomskinin ariyası, ⁠R.Leonkavallo – “Payatsı” operasından “Proloq”, Niyazi- “Xosrov və Şirin” operasından Şapurun ariyası, Sergey Raxmaninov- “Aleko” operasından Alekonun kavatinası, Çaykovski — "Yevgeni Onegin" operasından Knyaz Qreminin ariyası, ⁠S.Raxmaninov – “Aleko” operasından “Qocanın hekayəsi”,  A. Motsart – “Fiqaronun toyu” operasından Fiqaronun ariyası: “Non più andrai”, V. A. Motsart — "Fiqaronun toyu" operasından Qraf Almavivanın ariyası, M. Maqomayev — "Şah İsmayıl" operasından Aslan şahın ariyası.
⁠Konsertin sonunda solistlər tamaşaçılarla birgə M. Maqomayevin "Odlar yurdu" kompozisiyanı ifa etdilər.