
Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Dənizkənarı Milli Parkda bayram konserti təşkil olunub.
Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının 33-cü ildönümünə həsr edilən konsert Saat qülləsinin qarşısında keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Paytaxt sakinləri və şəhərimizin qonaqlarının sevimli istirahət məkanlarından biri olan Dənizkənarı Milli Parkda tanınmış müğənni və yaradıcı kollektivlərin iştirakı ilə rəngarəng musiqi proqramı təqdim edilib. Konsertdə İlqar Muradov, İradə İbrahimova, Bilal Aliyev, Aygün Bayramova, Sevda Ələkbərzadə, Nuri, Zamiq Hüseynov, Tünzalə Ağayeva, Faiq Ağayev, Samir Cəfərov və digərləri
çıxış edib.
Bayram konserti möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.





