"Parfümer" tamaşasının premyerası

21 iyun Heydər Əliyev Sarayın səhnəsində Patrik Züskindin "Parfümer" tamaşasının premyerası keçirildi. Ölkəmizin ilk modern quruluşda xoreodrama tamaşası "WHITEROOF" teatr studiyası tərəfindən hazırlandı. Kitabı və filmi milyonlar tərəfindən oxunulan və baxılan "Parfümer" Bakı tamaşaçısını heyran etdi.

Tamaşanın baş prodüseri və baş rol ifaçısı - Ziya Ağa, Quruluşçu rejissor: Oksana Rəsulova, Baletmeyster: Anar Mikayilov, Səhnələşdirmə: Konul Mammadova. Tamaşanın bəstəkarı Şimali Makedoniyadan olan bəstəkar Almir Bajramoskidir. Tamaşada iştirak ediblər - əməkdar artistlər Elşən Rüstəmov və Elnur Kərimovun, Ziya Ağa, Tural Rza, Nicat Məmmədov, Əsmər Mönsümova, Zəhra Paşazadə, Elmin Qiyaslı, Nərgiz Əliyeva va başqaları.

Premyera böyük anşlaqla keçdi və tamaşaçıların tərəfindən qürultu alqışlarla qarşılandı.