Musiqili Teatrında 116-cı teatr mövsümünün bağlanışı

İyulun 18-də  Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 116-cı teatr mövsümünün bağlanışı münasibətilə “Operetta inciləri” adlı konsert proqramı təqdim olunub.

Konsertdə teatrın solistləri Azərbaycan və xarici bəstəkarların məşhur operetta və musiqili komediyalarından ariya və mahnıları ifa etdilər. Gecədə Əməkdar artistlər Nadir Xasiyev, Nərgiz Kərimova, Fərid Əliyev, Səidə Şərifəliyeva, aktyorlar Firus Məmmədov, Mehriban Zaliyeva, Şaban Cəfərov, Eleonora Mustafayeva, Ülviyyə Əliyeva, Səmədzadə Xasiyev, Emin Zeynallı, Əmrah Dadaşov, Nərmin Əliyeva, Gültac Əlili, Olqa Giorgieva, İlahə Rüstəmova və Orxan Hüseyinli iştirak etdi.

Solistləri səhnədə teatrın simfonik orkestri müşayiət etdi. Dirijor - Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev. Konsertdə teatrın xor və balet artistləri də iştirak edirlər.

Təqdim olunan konsert proqramı alqışlarla qarşılanıb.