Dövlət Caz Orkestrinin 85 illik yubileyi

6 sentyabr 1941-ci ildə Bakı Filarmoniyasında maestro Niyazi və bəstəkar Tofiq Quliyevin rəhbərliyi ilə Dövlət Caz Orkestrinin ilk konserti baş tutmuşdur. 6 sentyabr həmən səhnədə Dövlət Caz Orkestrinin 85 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert proqramı baş tutdu.

85 il sonra, eyni tarixdə və eyni səhnədə "Cəngi" və "Aypara" qruplarının keçmiş solisti, ölkəmizi müxtəlif beynəlxalq tədbirlərdə mütəmadi olaraq təmsil edən Arzu Həsənli etno-caz proqramı çərçivəsində müəllifi olduğu bəstələri bu janrın tanınmış musiqiçiləri ilə birlikdə təqdim etdi.

Yubiley konsertində həmçinin Təbriz əsilli, hazırda İstanbulda yaşayan caz müğənnisi Sənəm Əbdüləzimzadə də iştirak etdi. O, "Xarıbülbül" festivalındakı yaddaqalan çıxışı ilə dinləyicilərin rəğbətini qazanıb. Sənətçinin repertuarında həm Azərbaycan, həm də xarici bəstəkarların əsərləri yer alır

Gecənin xüsusi qonağı tanınmış tarzən Şəhriyar İmanov oldu.

Azərbaycan Dövlət Cazının 85 illiyinə həsr olunmuş möhtəşəm etno-caz konserti böyük uğurla keçdi.