
8 oktyabr Park Cinema kinoteatrlar şəbəkəsi "Veritinin gizli gündəliyi" filminin nümayişinə başlayır.
Rejissor: Maykl Şouolter.
Baş rollarda: Enn Hetuey, Breydi Vaqner, Dakota Conson, Coş Xartnett.
İşə ehtiyacı olan yazıçı Louen Eşli Ceremi Krouforddan onun həyat yoldaşının romanlarını tamamlaması təklifini alır. Cereminin həyat yoldaşı Veriti Krouford məşhur roman seriyasının müəllifidir, lakin müəmmalı bir bədbəxt hadisə səbəbindən əsərlərini tamamlaya bilmir. Louen Veritinin narahatedici şəxsi qeydlərini tapdıqda iş gözlənilməz istiqamət alır. Ailə sirləri ilə üzləşən Louen uydurma ilə reallığı bir-birindən ayırmağa çalışır, bu zaman onun Ceremi ilə münasibətindəki sərhədlər getdikcə bulanıqlaşır.
Filmi Park Cinema kinoteatrlar şəbəkəsində azərbaycan, rus və ingilis dillərində baxmaq olar.


