“Muğamat axşamı" Beynəlxalq Muğam Mərkəzinin səhnəsində

Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də “Muğamat axşamı" adlı konsert layihədir. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərməkdədir. 12 oktyabr Beynəlxalq Muğam Mərkəzin səhnəsində "Segah muğamına" həsr olunmuş muğamat axşamı keçirildi.

Gecədə Əməkdar artistlər Təyyar Bayramov, Bəyimxanım Vəliyeva, Arzu Əliyeva, tanınmış xanəndələr Mirələm Mirələmov, Almaxanım Əhmədli, Elgiz Əliyev və Günay İmamverdiyeva iştirak etdi. Onları səhnədə Rəşad İbrahimov (tar), Təbriz Yusubov (kamança), Məhta Məhəmmədəli̇zadə (qanun), Rafael Əsgərov (balaban), Amil Mustafayev (nağara) müşayiət etdilər.