Şaron Eyal - Inside the Studio

2025-ci ildə BIAF çərçivəsində Bakıda uğurla nümayiş olunan "Delay the Sadness" tamaşasının təqdimatından sonra Şaron Eyal festivala Inside the Studio adlı açıq məşqlə qayıdır. Bu tədbir tamaşaçıları xoreoqrafın yaradıcılıq prosesi ilə daha yaxından tanış etdi və rəqqasları iş başında izləmək imkanı yaratdı.

Proqram Şaron Eyalın həyatından bəxs edən sənədli filmin nümayişi ilə başladı. Ardınca Héloïse Jocqueviel, Darren Devaney, Johnny McMillan və Juan Gil-in iştirakı ilə 30 dəqiqəlik canlı rəqs təqdim olundu. Nümayiş üç hissədən ibarətdir: "Kristina", "Into the Hairy" əsərindən ilhamlanan duet və "Delay the Sadness" tamaşasından bir parça.

Proqram Şaron Eyal və rəqqaslarla açıq söhbətlə yekunlaşdı. Bu görüş tamaşaçılara səhnə arxasındakı yaradıcı prosesə nəzər salmaq, bədii axtarışlar və yeni xoreoqrafik dilin formalaşması haqqında birbaşa sənətçilərin özlərindən eşitmək imkanı yaratdı.