Bakıda "Çölün ruhu" xor musiqisi konserti baş tutdu

10 oktyabr Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Türk Mədəniyyəti ve İrsi Fondunun təşkil etdiyi Məhəmməd Füzulinin 530 illyinə həsr olunmus  "ÇOLÜN RUHU" xor musiqisi konserti baş tutdu.

Konsertdə Qazaxıstanın aparıcı kollektivlərinden biri, Qazaxıstan Respublikasının dövlət mükafatları laureatı  Qazax Kamera xoru çıxış etdi. Qazax qrupunun bu qastrolu Qazize Jubanova adına Aktobe Vilayət Filarmoniyasının 80 illik yubileyi şərəfinə təşkil olunub. Bədii rəhbar ve dirijor - Merbol Kuspanov, xormeysterlər - Leyla Kuschanova ve Madi Abışev, müşayiətçi - Dina Niyazova.Tədbirdə ön sözlə Türk Fondunun prezidenti xanım Raimkulova Aktoti Raxmetollayevna çıxış etdi. Konsertdə Sugir Begendikulynın  "Sugirdin termesi",  Estainin  "Kusni Korlan", Jayau Musanın  "Ak Sisa", Kuat Sildebayevin "Kunder ay", Moldabəyin "Moldabay", Erkeqali Raxmadiyevin "Çorale", Griqori Sviridovun "Mahni nece doguldu", Tolegen Muhammedjanovun "Zaman ay", Nurqisa Tlendiyevin "Sarjailau" əsərləri səsləndi.

Konsertdə türk xalqların milli mahnılarıda yer aldı. Onların arasında: Qazax xalq mahnısı "On altı qiz" ,  Özbək xalq mahnısı "Kıpıllama", Azerbaycan xalq mahnısı "Nə baxırsan?" , Azərbaycan xalq rəqsi "Yallı", Xalq ruhani "Ruhlarım lorda lövbər saldı". Konsertdə Müslüm Maqomayev adına Azərbaycan Dövlet Akademik FilarmoniyasınınGülbacı İmanovanın Xor Kapellasıda iştirak etdi. Onlar qazax xalq mahnısı "Karatorqay"və  Corc Hendelin " Hallelujah" əsərni səsləndirfilər. Gecənin sonunda səhnədə birləşərək  iki xor kollektivi Qazize Jubanova "Jalğız Yəmən", Qara Qaraevin "Xoşbextlik nəğməsi" və Cahangir Cahangirovun "Füzuli" kantatasını ifa etdilər.
Gecə çöx möhtəşəm keçdi və hamının zövgünə oxşadı.