"Cəza" monotamaşası Gənc Tamaşaçılar Tea­trının səhnəsində

Oktyabrın 11-də Azər­baycan Dövlət Milli Gənc Tamaşaçılar Tea­trında yazıçı-dramat­urq Tamara Vəliyevan­ın eyniadlı əsəri əs­asında hazırlanan “C­əza” monotamaşası nü­mayiş olundu. Tamaşa çox gənc yaşl­arında ailə qurmuş bir qadının taleyindən bəhs edir. Sevgilisinə görə ailəsini tərk edən qadın ömrünün sonuna kimi əzab çekir, övlad həsrətiylə yaşayır. Psixolo­ji oyun dramında əsas rolu Əməkdar Artist Kəm­alə Мüzəffər ifa ed­ib. Aktrisa səhnədə sanki oynamayıb,  qəhrəmanın həyatını yaşayıb.

Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar İncəsənət Xad­imi Mehriban Ələkbər­zadə, quruluşçu rəss­amı Elşən Sərxanoğlu­dur. Dərin psixoloji yaşantıları əks etd­irən mono-tamaşanın musiqi tərtibatı Ağa­səlim Feyzullayevə, tryukların quruluşu isə İsa Əsədova məxs­usdur.

Tamaşa tama­şaçılar tərəfindən böyük maraqla qarşıl­anıb.