Thirty Seconds to Mars Bakıda konsert proqramı ilə çıxış etdi

22 Oktyabr populyar amerika rok-qrupu Thirty Seconds to Mars Bakıda, Milli Gimnastika Arenasında konsert proqramı ilə çıxış etdi. Thirty Seconds to Mars özünün altıncı studiya albomu olan It's The End Of The World But It's A Beautiful Day ilə möhtəşəm bir şəkildə geri qayıdıb. Qrup üçün yeni bir dövr açan bu albom yalnız insan təcrübəsinin qaranlıq tərəflərini deyil, eyni zamanda bizə imkansız görünən çətinliklər qarşısında belə dünyada gözəllik tapmağın mümkünlüyünü xatırladır.

Thirty Seconds to Mars - Jared Leto və Shannon Leto deməkdir. Onların bütün dünyada 15 milyondan artıq albom satışı olub və hər il konsertləri müxtəlif dolu zal və stadionlarda  keçirilir. Tarixdəki ən uzunmüddətli tur təşkil edərək Ginnesin Rekordlar Kitabına daxil olan qrup bir çox mükafatlara, eləcə də MTV və Billboard musiqi jurnalı mükafatına layiq görülmüşdür.

Bakıda keçirilən  konsert böyük "Seasons World Tour 2024" turunun bir hissəsi oldu. Jared Leto konserti "Salam Bakı" kəlməsi ilə açdı və bir birinin ardınca ən hit mahnılarını səsləndirdi. Onların arasında:  The Kill (Bury Me), A Beautiful Lie, From Yesterday, City Of Angels, Closer To The Edge, World On Fire, Stuck, Life is Beautiful, Get Up Kid» və s. Konsert böyük anşlaqla keçdi və hamının zövgünə oxşadı.