Bakıda "Adəm" ekotamaşası nümayiş olunub

Noyabrın 13-14-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində “Adəm” balet tamaşası nümayiş olundu. Qırğız artistlərin çıxışı noyabrın 11-dən 22-dək Bakıda keçirilən BMT-nin iqlim konfransı çərçivəsində təşkil olunub. Tamaşa tamaşaçını təbiət qanunlarının insan qanunları ilə mübarizə apardığı alternativ dünyaya qərq edir. Tamaşada xəyallar və reallıq dünyası bir-birinə qarışır və buradan məxluqlar doğulur: mələklər, yoxsa cinlər? Və burada hər kəsin vəzifəsi bu suala cavab verməkdir.

Maldıbayev adına Qırğızıstan Opera və Balet Teatrının artistləri 21-ci əsrdə bəşəriyyətin aradan qaldırmalı olduğu ekoloji və digər çətinlikləri əks etdirir. Məşhur deyimi xatırladırlar: “Biz Yer kürəsini əcdadlarımızdan miras almamışıq. Biz onu öz nəslimizdən icarəyə götürmüşük”. Bu ifadə bizi ətraf mühitə münasibətimiz, seçimlərimizin nəticələri və gələcək nəsillərin necə bir dünyada yaşayacağı haqqında düşünməyə vadar edir.
Balet ATƏT-in Bişkekdəki proqram ofisinin və Qırğız Respublikasının Nazirlər Kabinetinin dəstəyi ilə təqdim olundu. Anşlaqla baş tutan tamaşa incəsənət vasitəsilə ətraf mühitin qorunmasının parlaq nümunəsi oldu.