"Voyçek" Rusdramanın səhnəsində

Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində alman dramaturqu, alimi və şairi G.Büxnerin eyniadlı pyesi əsasında hazırlanmış “Voyçek” tamaşası nümayiş olunub. Rejissor-  Azərbaycanın xalq artisti Aleksandr Şarovski.
“Voyçek” tamaşası sevgilisini qısqanclıq zəminində öldürən Leypsiqli bərbər və keçmiş hərbçi İohan Kristian Voyçekin əsl hekayəsinə əsaslanır. Rüfət Əliyev öz qəhrəmanının təcəssümündə heyrətamizdir, onun səhnə oyunu çox mükkəməldi. Tamaşada Azərbaycanın əməkdar artistləri Timur Rəhimov və Murad Məmmədov, artistlər Olqa Arsentyeva,Rüfət Nəzərov, Ramil Əliyev, Tamerlan Abdullayev, Fatimə Əliyeva, Marina Litvinenko, Nadir Abduraqimbəyov, Zaur Terequlov, Fərid Bəhramov, Zaur İskəndərov, Dilyarə Nəzərova, Ruslan Pavlov, Coxar Abdullayev iştirak edir. Tamaşada aşağıdakı şəxslər çalışıblar: dizayner - Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Aleksandr Fedorov; geyim üzrə rəssam – Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Olqa Abbasova; bəstəkar - Anar Yusufov; xoreoqraf – Olqa Arsentyeva.