22 noyabr Heydər Əliyev sarayinda Vivaldinin "İlin fəsilləri" səsləndi. Tynda Music layihəsi tamaşaçılara unudulmaz bir konsert bəxş etdi. Tynda Music peşəkar musiqiçilərdən ibarət kazax qrupudur. Proqramın müstəqil seçilməsi, gözlənilməz yerlərdə keçirilən çıxışlar və formatın çevikliyi, cəsarətli yaradıcılıq ideyaları olan musiqiçiləri bir araya gətirdi.
Tamaşaçıları musiqi estetikası ilə dolu bir axşam gözləyirdi. İlham və zərifliklə dolu bir zalda Antonio Vivaldinin dörd fəsildən ibarət əsərləri, Max Richterin müasir interpretasiyaları və Astor Piazzollanın ehtiraslı vibrasiyaları səsləndi. Simli kamera orkestri hər notaya dərin hisslər və müstəsna ustalıq qatdı. Bu axşam yalnız klassik musiqi ənənəsi ilə müasir ifadəliyi birləşdirmədi, həm də hər bir qonağı tarix və duyğularla dolu unikal bir səyahətə dəvət etdi. Konsert böyük anşlaqla keçdi və hamının zövgünə oxşadı.